Operativ Məlumat Mərkəzi

Xankəndidə bayrağımızın dalğalanması çox əhəmiyyətli mesajdır - ŞƏRH

2 dəq
Paylaş:
Xankəndidə bayrağımızın dalğalanması çox əhəmiyyətli mesajdır - ŞƏRH

İlham Əliyevin Xankəndi şəhərinə səfəri və Bayrağının Xankəndidə dalğalanması, eyni zamanda lokal antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş məntəqələrdə bayrağımızın ucaldılması çox kəsb edən bir mesajdır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Arzu Nağıyev bildirdi.

Deputat qeyd etdi ki, dostlarımız bu hadisəyə görə sevinir, düşmən isə dərs çıxarır.

“Əsas məsələ ondan ibarətdir ki, İlham Əliyev 2003-cü ildə kürsüsünə əyləşdikdən sonra bildirmişdi ki, bütün Azərbaycan ərazisində suverenlik bərpa olunacaq. Prezident bunu etdi və həmin məntəqələrdə Azərbaycan bayrağını qaldırdı.

O, bir daha revanşist qüvvələrə mesaj göndərdi ki, vaxtilə özlərinə müxtəlif vəzifələr icad etmiş o şəxslər bizi təhdid edirdilər. İndi həmin şəxslər öz cəzalarını gözləyirlər. Azərbaycan birmənalı şəkildə ərazi bütövlüyünü bərpa etdi və orada yaşayan erməni sakinləri reinteqrasiya prosesinə cəlb etməyə başladı. Bundan başqa, və Şərgi Zəngəzurda bərpa quruculuq işləri aparılır.

Bu gün xalq Ali Baş Komandana inanır. Bu vəhdət istənilən təcavüzün qarşısını almağa qadirdir".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax