Əsas məzmuna keç

Xankəndi, Xocavənd və Xocalı ərazisindən tapılan silah-sursatın həcmi açıqlanıb

Xankəndi, Xocavənd və Xocalı ərazisindən tapılan silah-sursatın həcmi açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya...

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 darağı, 4707 ədəd müxtəlif patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…