Operativ Məlumat Mərkəzi

Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

2 dəq
Paylaş:
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

Azərbaycanın Xalq , Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq 96 yaşında edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rəssamın ailəsindən məlumat verilib.

Bildirilib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində doğulub. Dövlət Rəssamlıq Məktəbinin və Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının məzunu olub. Dəfələrlə dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunub. Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və digər bir çox ölkənin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

Tofiq Ağababayev Bakının gerbinin və açarının müəllifidir. O, Bakı şəhərinin ilk baş rəssamı olub.

Xalq rəssamı 2023-cü ildə İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax