Əsas məzmuna keç

WSJ: ABŞ və İsrail arasında gizli kəşfiyyat memorandumu narahatlıq doğurur

WSJ: ABŞ və İsrail arasında gizli kəşfiyyat memorandumu narahatlıq doğurur

WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında...

"Wall Street Journal" (WSJ) qəzeti ABŞ və İsrail arasında məlumatlarının mübadiləsini artırmaq üçün əldə edilən razılaşmanın Vaşinqton administrasiyasının Qəzzada insanların ölümünə verdiyinə dair narahatlıqların artmasına səbəb olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında gizli razılaşma əldə edildiyini bildiriblər.

Həmin dövrdə ABŞ-ın Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı qeyd edilib.

Səlahiyyətlilər məxfi memorandum çərçivəsində paylaşılan məlumatların hüquq normalarına uyğun və mülki əhali arasında tələfat və ya infrastruktura ziyan vurmayacaq şəkildə istifadə edilməsi lazım olduğunu bildirsələr də, bunun hansı məqsədlə və hansı istiqamətdə olduğunu təsdiqləmək mümkün deyil. İsrail ABŞ-dan aldığı kəşfiyyat məlumatlarından istifadə edib. Bu, ABŞ-ın Qəzzada dinc əhalinin itkisinə səbəb olan İsrail hücumlarına töhfə verməsi ilə bağlı narahatlıqları artırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…