Operativ Məlumat Mərkəzi

WSJ: ABŞ və İsrail arasında gizli kəşfiyyat memorandumu narahatlıq doğurur

2 dəq
Paylaş:
WSJ: ABŞ və İsrail arasında gizli kəşfiyyat memorandumu narahatlıq doğurur
WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında...

"Wall Street Journal" (WSJ) qəzeti ABŞ və İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq üçün əldə edilən gizli razılaşmanın Vaşinqton administrasiyasının Qəzzada dinc insanların ölümünə töhfə verdiyinə dair narahatlıqların artmasına səbəb olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında gizli razılaşma əldə edildiyini bildiriblər.

Həmin dövrdə ABŞ-ın Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı qeyd edilib.

Səlahiyyətlilər məxfi memorandum çərçivəsində paylaşılan məlumatların beynəlxalq hüquq normalarına uyğun və mülki əhali arasında tələfat və ya infrastruktura ziyan vurmayacaq şəkildə istifadə edilməsi lazım olduğunu bildirsələr də, bunun hansı məqsədlə və hansı istiqamətdə olduğunu təsdiqləmək mümkün deyil. İsrail ABŞ-dan aldığı kəşfiyyat məlumatlarından istifadə edib. Bu, ABŞ-ın Qəzzada dinc əhalinin itkisinə səbəb olan İsrail hücumlarına töhfə verməsi ilə bağlı narahatlıqları artırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər