Operativ Məlumat Mərkəzi

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

2 dəq
Paylaş:
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda müşavirəsi keçirilib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, naziri general-polkovnik Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat , şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici- tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax