Operativ Məlumat Mərkəzi

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

1 dəq
Paylaş:
Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Azərbaycanda valyuta mübadiləsi şirkətlərdən daha biri - "Bakı Mərkəzi Valyuta" MMC Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu tələbini yerinə yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 900 110 manata çatdırıb.

Bu məbləğ "Bakı Mərkəzi Valyuta"ya paytaxtda iki valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" 2022-ci ildə yaradılıb.

Bundan əvvəl "Eliko", "Meta-Kapital", "Delta Capital" və Zuhur" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Beləliklə, valyuta mübadiləsi xidməti göstərən bütün AMB-nin kapital tələbini yerinə yetirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax