Operativ Məlumat Mərkəzi

Vahid Mustafayevin mağazasından 330 minlik OĞURLUQ EDİLDİ

1 dəq
Paylaş:
Vahid Mustafayevin mağazasından 330 minlik OĞURLUQ EDİLDİ

Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində “VMF Continental” mağazasından edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrində oradan bahalı saatı oğurlayıb. Həmin şəxs dəyəri 330 olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan -axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Çin vətəndaşı Zhang Guomin oktyabrın 10-u saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə açılıb.

Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax