Əsas məzmuna keç

Uşakov: Rusiya və ABŞ prezidentlərinin görüşünün proqramı artıq razılaşdırılıb

Uşakov: Rusiya və ABŞ prezidentlərinin görüşünün proqramı artıq razılaşdırılıb

bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, əvvəlcə liderlər təkbətək görüşəcək, daha sonra nümayəndə...

və ABŞ prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub, proqram artıq razılaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə liderlər təkbətək görüşəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüş “5-ə qarşı 5” formatında keçiriləcək.

Rusiya nümayəndə heyətinə naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, baş nazirin birinci müavini Andrey Beloусов, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daxil olacaq.

Qeyd edək ki, Alyaskada keçiriləcək görüş Bakı vaxtı ilə sabah saat 23:30-da başlayacaq və liderlərdən başqa, yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək söhbətlə açılacaq.

"Putin-Tramp sammitinin mərkəzi mövzusu böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq" - Uşakov bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…