Operativ Məlumat Mərkəzi

Uqandada dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın təcrübəsindən istifadə ediləcək

2 dəq
Paylaş:
Uqandada dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın təcrübəsindən istifadə ediləcək
Uqandada dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın təcrübəsindən istifadə ediləcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial...

Uqandada dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın təcrübəsindən istifadə ediləcək.

yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə bildirilib ki, “ASAN xidmət”in nümayəndə heyətinin Uqandaya səfəri davam edir.

​Səfər çərçivəsində Uqandanın Xarici İşlər Nazirliyinin, Dövlət Xidmətləri Nazirliyinin, İnformasiya Kommunikasiya Texnogiyaları Nazirliyinin rəhbərləri ilə görüşlər keçirilib. Müzakirələr zamanı arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Uqanda tərəfi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrikini çatdırıb. Həmçinin 2018-ci ildə Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

​Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev öz növbəsində ölkəmizdən sonra Qoşulmama Hərəkatına sədrliyi təhvil alacaq Uqanda Respublikasına uğurlar arzulayıb. Dövlət Agentliyinin sədri iki ölkə arasında dövlət xidmətləri sahəsində münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini qeyd edib.

​Görüşlərdə ölkəmizdə dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tətbiq olunan , startap ekosisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib. Ölkəmizdə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində tətbiq edilən proqramların, informasiya texnologiyaları məhsullarının Uqandada da tətbiqi ilə bağlı razılıq əldə olunub.

Uqandanın İnvestisiya Qurumunda və Qeydiyyat Mərkəzində həyata keçirilən xidmətlərlə də tanış olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax