Operativ Məlumat Mərkəzi

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

2 dəq
Paylaş:
Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat maddi yardımın ödənişi təmin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Fondu (DSMF) tərəfindən birdəfəlik maddi qeyd edilən ailələrin hesablarına köçürülüb.

Birdəfəlik maddi yardımlar ümumilikdə 76103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Bundan əvvəl isə DSMF dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyalarını, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarını, dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib.

Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax