Operativ Məlumat Mərkəzi

Ukrayna Rusiyanın strateji obyektlərinə kütləvi hücum edib, qurbanlar var - YENİLƏNİB

2 dəq
Paylaş:
Ukrayna Rusiyanın strateji obyektlərinə kütləvi hücum edib, qurbanlar var - YENİLƏNİB

Silahlı Qüvvələri son sutkada pilotsuz uçuş aparatları ilə Rusiyanın 3 neft emalı zavodunu vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, , Nijni Novqorod və vilayətlərindəki zavodlara hücum olunub.

Hücumları Ukrayna xidmətinin təşkil etdiyi vurğulanıb.

Məlumata görə, həmçinin Hərbi Hava Qüvvələrinin hərbi bazalarından biri və Voronejdəki hərbi aerodromuna da hücum olub.

***

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyann Ryazan vilayətindəki neft emalı zavodunu vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov məlumat verib.

Qeyd olunub ki, hücumdan sonra zavodda yanğın başlayıb.

“İlkin məlumata görə, qurban var”, - qubernator bildirib.

Bundan başqa, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Voronej vilayətinə də 30 PUA ilə hücum ediblər. Qurbernator Aleksandr Qusev bildirib ki, infrastruktura və mənzillərə cüzi ziyan dəyib, itki yoxdur.

Həmçinin, son sutkada Ukrayna PUA-larla Rusiyanın Leninqrad vilayətindəki neft emalı zavoduna da hücum cəhdi edib.

Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb. Bundan başqa, Bryansk və Kursk vilayətlərinə də hücum olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax