Əsas məzmuna keç

Ukrayna qüvvələri Baxmutda əks-hücuma keçib

Ukrayna qüvvələri Baxmutda əks-hücuma keçib

bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib. Sırski bildirib ki, Liman istiqamətində düşmənin...

Silahlı Qüvvələrinin bölmələri Baxmut şəhərində əks-hücuma keçib, rus hərbçilər bəzi mövqeləri tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ukrayna ordusunun platforması olan “Military Media Center” portalına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr deyib.

Sırski bildirib ki, Liman istiqamətində düşmənin bütün hücumları dəf edilib və 10 rus hərbçisi götürülüb. Ukrayna hərbçiləri Baxmutda əks-hücumlar həyata keçirib və düşməni bəzi mövqeləri tərk etməyə məcbur edib.

“İrəli getmək üçün maksimum səy göstərir. Əhəmiyyətli itkilərə baxmayaraq, elit döyüşçü dəstələri, müxtəlif şəxsi şirkətlərin döyüşçüləri və paraşütçülər daim döyüşə atılırlar, lakin düşmən Baxmutu nəzarət altına ala bilmir. Vəziyyət olduqca mürəkkəbdir”, - deyə Sırski şəhərin ən qaynar nöqtələrinə səfəri zamanı bildirib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…