Əsas məzmuna keç

Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir

Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir

bu barədə Braziliyanın “Tecnologia & Defesa” jurnalı yazıb. Qeyd olunub ki, sorğu Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti üçün tibbi versiyada...

məqsədilə Braziliyaya 450 ədəd “” zirehli transportyorunun alınması üçün sorğu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Braziliyanın “Tecnologia & Defesa” jurnalı yazıb.

Qeyd olunub ki, sorğu Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti üçün tibbi versiyada 450-yə qədər “Guarani” alınması üçün müraciəti ehtiva edir.

Məlumata görə, satınalma ilə bağlı müraciət aprelin 27-də Ukrayna səfirliyindəki hərbi attaşe vasitəsilə Müdafiə Nazirliyinə təqdim edilib. Zirehli maşınların narıncı və sarı rəngə boyanmalı olduğu və mülki əhalinin təxliyəsi və yaralıların döyüş bölgələrindən xəstəxanalara çatdırılması üçün nəzərdə tutulacağı vurğulanıb. Jurnalda yazılana görə, satınalma haqqı Braziliya və Ukraynanın müttəfiqləri tərəfindən ödənilməli, həmçinin onlardan döyüş tapşırıqları üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə ediləcəyinə dair zəmanət də verilməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…