Operativ Məlumat Mərkəzi

Ucarda yol qəzası nəticəsində 1 nəfər ölüb

2 dəq
Paylaş:
Ucarda yol qəzası nəticəsində 1 nəfər ölüb

Ucarda baş verən yol qəzasında 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə - yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində alınıb.

Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan bir neçə dəfə aşıb.

Qəza zamanı 2014-cü il təvəllüdlü Abdullayeva Aynişan Elnur qızı ölüb, 2019-cu il təvəllüdlü Abdullayeva Rüqəyya Elnur qızı, habelə 1992-ci il təvəllüdlü Nəsibova Səidə Nazim qızı və 1965-ci il təvəllüdlü Nəsibova Kəmalə Zabit qızı xəsarət alıblar.

Yaralılardan biri Ucar rayon Mərkəzi Xəstəxanasına, digərləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax