Operativ Məlumat Mərkəzi

Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub - YENİLƏNİB

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uçuş bir saat iyirmi dəqiqə davam edib.

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

***

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uçuş zamanı o, bayraqları işlənmiş forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Kosmik Stansiyaya uçub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax