Əsas məzmuna keç

Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub

Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub. Uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40...

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uçuş bir saat iyirmi dəqiqə davam edib.

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uçuş zamanı o, və bayraqları işlənmiş forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…