Operativ Məlumat Mərkəzi

"Türkiyədəki seçkinin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək" - Politoloq

2 dəq
Paylaş:
"Türkiyədəki seçkinin nəticələri Azərbaycanla münasibətlərə təsir etməyəcək" - Politoloq

"Türkiyədə keçiriləcək seçkilərindən öncə "Millət İttifaqı" xarici siyasət strategiyasını təqdim edib".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Rusif Məmmədsoy sosial şəbəkədə yazıb.

Ekspert qeyd edib ki, ora Azərbaycanla müttəfiqlik haqqında, münasibətlərin daha da dərinləşməsi barədə bir neçə bənd əlavə edilib:

"Bu isə o deməkdir ki, seçkilərə qatılacaq tərəf anlayır ki, məsələsi Türkiyə cəmiyyətində xüsusi həssaslıqla yanaşılır. Təbii ki, burda Meral Akşener amili də öz rolunu oynayır. İstənilən halda onu deyə bilərik ki, Türkiyədə seçkinin nəticəsindən asılı olmayaraq, Azərbaycana münasibətdə köklü dəyişikliklər olmayacaq. Bütün bunlarla paralel olaraq, əlbəttə ki, mən Ərdoğanın yenidən seçilməsini arzu edirəm. Çünki ümumi istiqamət bəlli olsa da liderlərin xarakterik xüsusiyyətləri hər zaman öz fərqini göstərir. Bu səbəbdən də indiki məqamda yenidən AK partiyanın hakimiyyətdə qalmasını arzu edənlər arasındayam".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax