Operativ Məlumat Mərkəzi

Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2

2 dəq
Paylaş:
Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2

Türkiyədə bu gün baş zəlzələ zamanı İstanbulun rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin naziri Ali Yerlikaya “X”də yazıb.

Nazirin sözlərinə görə, 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların yaxşıdır.

A.Yerlikaya nazirliyin yenilikləri yaxından izlədiyini diqqətə çatdırıb.

***

“Zəlzələ nəticəsində İstanbulda hansısa itki və dağıntı olmayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu şəhərin valisi Davut Gül deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar prosesə cəlb olunub: “Hələ ki bizdə hansısa neqativ nəticə barədə məlumat yoxdur”.

***

Türkiyədə 5.1 bal gücündə zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib.

Məlumata görə, Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.

İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax