Əsas məzmuna keç

Türkiyədə gənc “PUBG” oynayandan sonra insanlara balta və bıçaqla hücum edib

Türkiyədə gənc “PUBG” oynayandan sonra insanlara balta və bıçaqla hücum edib

bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib. Onun sözlərinə görə, gənc polis əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı prokurorluq...

Türkiyənin Eskişehir şəhərində 18 gənc “PUBG: ” oyunundan sonra küçədəki insanlara və balta ilə hücumu edib, nəticədə azı 5 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Onun sözlərinə görə, gənc əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən hərtərəfli araşdırma aparılır.

“Hürriyet” qəzetinin məlumatına görə, evdən qoruyucu jilet və dəbilqə ilə çıxan gənc baş verənləri internetdə yayımlayaraq, tramvay dayanacağında insanlara hücum etməyə başlayıb. Gənc əraziyə cəlb edilən polis əməkdaşları tərəfindən saxlanılıb.

Hücum nəticəsində yaralananlar xəstəxanaya aparılıblar. Polis hücum edən şəxsin psixi pozğunluqdan çəkib-çəkmədiyini araşdırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…