Əsas məzmuna keç

Ankarada Donald Trampın qalacağı otelin təhlükəsizlik tədbirləri gücləndirilib

Ankarada Donald Trampın qalacağı otelin təhlükəsizlik tədbirləri gücləndirilib

Paytaxtda keçiriləcək beynəlxalq zirvə ilə əlaqədar ABŞ-ın keçmiş prezidenti Donald Trampın konaklayacağı otelin ətrafında ciddi təhlükəsizlik rejimi tətbiq olunub.

en ru

Ankarada NATO Zirvəsi öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şəhərində keçiriləcək yüksək səviyyəli zirvə toplantısı ərəfəsində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Məlumata görə, paytaxtın hava limanlarında, protokol marşrutlarında və xarici nümayəndə heyətlərinin yerləşəcəyi məkanlarda genişmiqyaslı hazırlıq işləri həyata keçirilir.

Bildirilir ki, ABŞ-nin Ankaradakı səfirliyi yaxınlığında və ABŞ Prezidenti Trampın qalacağı gözlənilən otelin ətrafında polis tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

Qeyd olunur ki, əraziyə təhlükəsizlik baryerləri quraşdırılıb, xüsusi nəzarət-buraxılış məntəqələri yaradılıb. Eyni zamanda, hər hansı fövqəladə hadisəyə operativ müdaxilə məqsədilə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları da hazır vəziyyətdə saxlanılır.

Məlumata əsasən, digər dövlət və hökumət başçılarının qalacağı otellərdə də analoji təhlükəsizlik tətbiq edilir.

Bildirilir ki, Ankaranın strateji əhəmiyyət daşıyan nöqtələrində hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…