Operativ Məlumat Mərkəzi

Malatyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

3 dəq
Paylaş:
Malatyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Malatyada 5,6 maqnitutada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 140 nəfər xəsarət alıb, dağıntılar altından 32 nəfər xilas edilib.

zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi vilayətlərdə də hiss olunub.

17:10***

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfər çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, dağıntlar altından 32 nəfər xilas edilib.

14:30***

Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı 1 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, zamanı 69 nəfər yaralanıb. Çox sayda bina dağılıb.

14:15 ***

"Malatyada baş verən zəlzələ nəticəsində 2 vətəndaşımız yaralanıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

" can itkisinin olmamasıdır. Vətəndaşlarımızdan dağılan binalardan uzaq durmalarını xahiş edirik".

14:02 ***

Malatyada 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə briqadaları ərazidə fəaliyyətə başlayıb.

13:14***

Türkiyənin Malatya şəhərində 5.6 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax