Malatyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Malatyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
28.02.2023 11:26
Aa
dəq

Malatyada 5,6 maqnitutada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 140 nəfər xəsarət alıb, dağıntılar altından 32 nəfər xilas edilib.

 zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

17:10***

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfər çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, dağıntlar altından 32 nəfər xilas edilib.

14:30***

Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı 1 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət zamanı 69 nəfər yaralanıb. Çox sayda bina dağılıb. 

14:15 ***

"Malatyada baş verən zəlzələ nəticəsində 2 vətəndaşımız yaralanıb". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Ümidimiz can itkisinin olmamasıdır. Vətəndaşlarımızdan dağılan binalardan uzaq durmalarını xahiş edirik".  

14:02 ***

Malatyada 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə briqadaları ərazidə fəaliyyətə başlayıb.

13:14***

Türkiyənin Malatya şəhərində 5.6 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu