Operativ Məlumat Mərkəzi

Türkiyə klubu Abraham ilə maraqlanır

1 dəq
Paylaş:
Türkiyə klubu Abraham ilə maraqlanır

"Roma"nın mərkəzi hücumçusu komandanın yeni Can Qasperininin planlarına daxil olmadığı üçün tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Məlumata görə, ötən mövsümü icarə əsasında "Milan"da keçirən 27 yaşlı forvardın xidmətində Türkiyənin "Beşiktaş" klubu maraqlıdır.

2024/25 mövsümündə Abraham bütün yarışlarda 45 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Abrahamın "Roma" ilə müqaviləsi 2027-ci ilə qədərdir.

"Transfermarkt" mütəxəssisləri forvardın qiymətini 15 milyon avro qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax