Əsas məzmuna keç

Türkiyə ilə Suriya arasında iqtisadi körpülər yenidən qurulur

Türkiyə ilə Suriya arasında iqtisadi körpülər yenidən qurulur

bununla bağlı "TRT Haber" məlumat yayıb. Ticarət Nazirliyində təşkil olunan Türkiyə-Suriya İqtisadiyyat və Ticarət üzrə Birgə Komitənin (JETCO) qurucu...

Türkiyənin naziri Ömər Bolat ilə arasında yeni nəsil, əhatəli iqtisadi tərəfdaşlıq sazişinin yaradılması üçün Suriyaya təklif göndərdiklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

Ticarət Nazirliyində təşkil olunan Türkiyə-Suriya İqtisadiyyat və Ticarət üzrə Birgə Komitənin (JETCO) qurucu Protokolunun imzalanma mərasimində ticarət naziri Bolat və Suriyanın İqtisadiyyat və Naziri Nidal Şaar iştirak ediblər.

Nazir Bolat çıxışında qeyd edib ki, Nazir Şaar Suriya tərəfindən və sənaye sahəsində Türkiyəyə ilk rəsmi səfər edən nazirdir.

O əlavə edib ki, qonaq nazir Prezidentin müavini Cevdet Yılmaz ilə də rəsmi görüşlər keçirəcək, sənaye zonalarında araşdırmalar aparacaq və İstanbulda iş adamları ilə görüşlər keçirəcək.

Nazir Bolat vurğulayıb ki, güclü və dayanıqlı bir Suriya rəhbərliyi və iqtisadiyyatı, ilk növbədə Suriya xalqı, daha sonra isə bütün regionun sabitliyinə töhfə verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…