Operativ Məlumat Mərkəzi

Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

2 dəq
Paylaş:
Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

“İƏT Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” kino proqramında bu il Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir.

Mədəniyyət Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.

Dekabrın 6-7-də Nizami Kino Mərkəzində baş tutacaq çərçivəsində müxtəlif Türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri təqdim olunur. “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” kimi filmlərin nümayişi , eyni zamanda bu filmlərlə yanaşı, “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.

ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində baş tutan bu proqram, animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyalara çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax