Operativ Məlumat Mərkəzi

Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur

2 dəq
Paylaş:
Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur

Kino sənayesinə ayrılan vəsait həm də filmlərimizin beynəlxalq festivallarda təmsil və təqdim olunmasına, eyni zamanda, ölkəmizdə beynəlxalq festivalın keçirilməsinə sərf edilir. Belə ki, Bakı artıq 3 ildir Beynəlxalq kino festivalına ev sahibliyi edir. Son 2 ildə 30-a yaxın filmimiz beynəlxalq kino festivallarında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov noyabrın 12-də parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Kino Agentliyi tərəfindən 7 animasiya filminin çəkilişlərinə başlanılıb və onlardan biri artıq təhvil verilib.

“Yeni istiqamətlərdən biri Mədəniyyət Nazirliyi tərəfindən tarixi filmlərimizin çəkilməsidir. Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur. Eyni zamanda, Türkiyənin təcrübəsinin araşdırılması üçün bir neçə gün əvvəl Azərbaycan Kino Agentliyinin rəhbərliyi tərəfindən Türkiyədəki tarixi filmlərin çəkildiyi pavilyonlar ziyarət olunub”, - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər