Operativ Məlumat Mərkəzi

Tunis Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

2 dəq
Paylaş:
Tunis Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında, eyni zamanda, Tunisdəki səfiri Tural Rzayevin etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyevin salamlarını Tunis Prezidentinə səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Diplomat tərəfinin Tunis Prezidentinin noyabr ayında Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirakını səbirsizliklə gözlədiyini vurğulayıb.

Kays Sayid səmimi salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29-da iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb, bu mötəbər tədbirin keçirilməsində Azərbaycana uğurlar arzu edib.

Tunis Prezidenti Azərbaycan səfiri ilə söhbətində arasında siyasi, iqtisadi, humanıtar əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, diplomatımıza yeni vəzifəsində uğurlar diləyib.

Daha sonra səfir T.Rzayev onun şərəfinə düzülən fəxri qarovul dəstəsinin önündən keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax