Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB - 2

Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB - 2
10.07.2024 20:32
Aa
dəq

ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.

Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.

***

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək.

“Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov Mehmet Samsar ilə görüşüb

Ceyhun Bayramov Mehmet Samsar ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN İsveçrəni təbrik edib

Azərbaycan XİN İsveçrəni təbrik edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
DAVAMIN OXU davamın oxu

Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib

Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub
DAVAMIN OXU davamın oxu