Operativ Məlumat Mərkəzi

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

1 dəq
Paylaş:
Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

vilayətinin 47 məntəqəsində 380-dən çox yaşayış binası, həmçinin 523 bağ , 3225 şəxsi sahəsi və 34 yol sahəsi su altında qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“47 yaşayış məntəqəsində 384 yaşayış binası, 523 bağ evi, 3225 təsərrüfat sahəsi, 34 avtomobil yolları su altında qalıb”, - deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, Vikulovski rayonunda İşim çayında suyun səviyyəsi qalxmaqda davam edir.

Daşqın proqnozu ilə əlaqədar Tümen vilayətində əvvəlcədən fövqəladə vəziyyət elan edilib. İşim və Tobol çaylarında suyun səviyyəsinin yüksək olacağı gözlənilir. Bölgə qubernatoru bəndlərin uçması və ya daşması ehtimalının artdığını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax