Əsas məzmuna keç

Tramp Qrenlandiya ilə bağlı bu ölkələrə tarif tətbiq etdi

Tramp Qrenlandiya ilə bağlı bu ölkələrə tarif tətbiq etdi

bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı paylaşımında qeyd edib.O, fevralın 1-dən etibarən Danimarka, Böyük Britaniya, Hollandiya,...

ru

ABŞ Prezidenti Tramp Qrenlandiyanın alınması ilə bağlı mübahisələr fonunda Avropanın 8 ölkəsinə qarşı kəskin iqtisadi sanksiyalar elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı paylaşımında qeyd edib.

O, fevralın 1-dən Danimarka, Böyük Britaniya, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçdən gələn bütün mallara 10% tarif olunacağını bildirib.

Tramp bu addımı həmin ölkələrin Qrenlandiyaya hərbi qüvvə yerləşdirməsinə cavab kimi qiymətləndirib:

“Bu naməlum səbəbdən Qrenlandiyaya qoşun yığmağa başlayıblar. Bu, planetimizin təhlükəsizliyi üçün çox təhlükəli bir vəziyyətdir. 1 fevral 2026-cı ildən etibarən bu ölkələr ABŞ-yə göndərdikləri hər şey üçün 10% rüsum ödəyəcəklər”.

xəbərdarlıq edib ki, əgər iyunun 1-nə qədər Qrenlandiyanın tam satın alınması ilə bağlı razılıq əldə olunmasa, tariflər 25%-ə qədər artırılacaq. Tramp qeyd edib ki, bu rüsumlar Vaşinqtonun adanın mülkiyyət hüququnu əldə edənə qədər qüvvədə qalacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…