Operativ Məlumat Mərkəzi

Tramp administrasiyası vətəndaşlıq imtahanını çətinləşdirməyi planlaşdırır

2 dəq
Paylaş:
Tramp administrasiyası vətəndaşlıq imtahanını çətinləşdirməyi planlaşdırır

ABŞ Prezidenti Trampın administrasiyasının, ABŞ vətəndaşlığına müraciət edən şəxslər üçün keçirilən imtahanları çətinləşdirməyi planlaşdırdığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ və Miqrasiya Xidmətləri (USCIS) direktoru Cozef Edlou, Vaşinqtonda Miqrasiya Araşdırmaları Mərkəzində keçirilən tədbirdə bu məsələ ilə bağlı açıqlama verib.

Edlou mövcud imtahanın çox asan olduğunu qeyd edərək, bu imtahanın ABŞ qanunlarına əsasən vətəndaşlıq almağa layiq olmayan şəxslərin belə miqrasiya prosesində irəliləməsinə yaratdığını iddia edib.

O, imtahanın yalnız yüksək təhsilli namizədlərin keçə biləcəyi qədər çətin olmasını istəmədiyini vurğulasa da, testin daha düşündürücü və tələbkar olmasının vacibliyini qeyd edib.

Edlou həmçinin əlavə edib ki, gələcəkdə namizədlərdən "Amerikalı olmağın nə demək olduğunu" izah edən bir esse yazmaları da tələb oluna bilər.

Xəbərdə qeyd olunur ki, bu dəyişikliklərin yaxın zamanda qüvvəyə minməsi ehtimal olunmur. Lakin bu təkliflər administrasiyasının miqrasiya prosesini daha sərt və detallı şəkildə yoxlama siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr