Operativ Məlumat Mərkəzi

Toy karvanından canlı yayım edənlər cəzalandırıldı - VİDEO

2 dəq
Paylaş:
Toy karvanından canlı yayım edənlər cəzalandırıldı - VİDEO
bu barədə Baş DYP İdarəsi məlumat yayıb.  Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında...

Toy karvanında əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə tədbirlər görüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza yaratmaqla avtoxuliqanlıq ediblər. Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.

Baş Dövlət İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax