Operativ Məlumat Mərkəzi

Təhlükəli kranın fəaliyyəti dayandırılıb

2 dəq
Paylaş:
Təhlükəli kranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəli kranın fəaliyyətini dayandırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, rayonu, Salyan şossesi 16-cı km ünvanında “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax