Operativ Məlumat Mərkəzi

Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - FOTOLAR

1 dəq
Paylaş:
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat- tədbirləri nəticəsində Bakı təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax