Operativ Məlumat Mərkəzi

Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİB

2 dəq
Paylaş:
Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİB

Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, piyada əleyhinə mina partlayışı nəticəsində işləri ilə məşğul olan rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

***

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb.

O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax