Operativ Məlumat Mərkəzi

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

1 dəq
Paylaş:
Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Paytaxtı seçilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” proqramının komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax