Operativ Məlumat Mərkəzi

Suraxanıda 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

1 dəq
Paylaş:
Suraxanıda 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Vəliyev saxlanılıblar. Zaur Zəkiyevdən 7 heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax