Operativ Məlumat Mərkəzi

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

1 dəq
Paylaş:
Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Suraxanı rayonu ərazisində silsilə hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hadisələr zamanı 2 mobil telefon, 500 manat dəyərində velosiped, 450 manat pul, bir evdən isə məişət əşyaları oğurlanıb. Həmçinin Suraxanı rayonunda daha bir sex və mağazadan 4 min 500 manat dəyərində oğurluğun da edilməsi barədə polisə daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov və 33 yaşlı F.Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax