Əsas məzmuna keç

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Suraxanı rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Suraxanı rayonu ərazisində silsilə hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hadisələr zamanı 2 mobil telefon, 500 manat dəyərində velosiped, 450 manat pul, bir evdən isə məişət əşyaları oğurlanıb. Həmçinin Suraxanı rayonunda yerləşən daha bir sex və mağazadan 4 min 500 manat dəyərində oğurluğun da edilməsi barədə polisə daxil olub.

Suraxanı Rayon İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov və 33 yaşlı F.Rəsulov müəyyən olunaraq saxlanılıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…