Əsas məzmuna keç

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır - BİRGƏ MƏLUMAT

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır - BİRGƏ MƏLUMAT

bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir. Məlumata görə, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon...

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumata görə, dekabrın 3-də şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, massivində yerləşən fərdi yaşayış evində baş verib.

Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.

Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…