Operativ Məlumat Mərkəzi

“Sovetski”də qəzalı binaların söküntüsünə başlanılıb

2 dəq
Paylaş:
“Sovetski”də qəzalı binaların söküntüsünə başlanılıb

Bakının rayonunda “Sovetski” kimi ərazidə müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl binaların söküntüsünə start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.

Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax