Operativ Məlumat Mərkəzi

Son bir ayda Naxçıvanda axtarışda olan 91 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Son bir ayda Naxçıvanda axtarışda olan 91 nəfər saxlanılıb

Polis əməkdaşları son bir ayda Naxçıvanda axtarışda olan 91 nəfəri saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Naxçıvan polisi tərəfindən Muxtar Respublika ərazisində son 1 ay ərzində keçirilən tədbirlər zamanı nakotik vasitə və psixotrop maddələrin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsini təşkil edən, habelə sosial şəbəkələrdə “telefon satışı” və “kirayə ev” elanları yerləşdirərək 100-dən çox vətəndaşı aldadan, ölkə ərazisinə saxta pul əskinaları gətirən, habelə silsilə oğurluq, quldurluq cinayətləri, eləcə də digər hüquqpozmalar törədən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Profilaktik tədbirlər zamanı 41 odlu silah, 12 darağı, 1061 , 4 qumbara, 3 binokl və 3 ədəd süngü bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. yolu ilə müxtəlif şəxslərdən 5 odlu silah, 225 patron və 5 avtomat darağı aşkar edilib.
Keçirilən tədbirlər nəticəsində axtarışda olan 91 nəfər saxlanılıb. “102” -Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə operativ reaksiya göstərilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax