Operativ Məlumat Mərkəzi

Somali XİN başçısı Zəfər parkında olub

2 dəq
Paylaş:
Somali XİN başçısı Zəfər parkında olub

Somali Federativ Respublikasının naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıdakı Zəfər parkını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax