Əsas məzmuna keç

Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda parkını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Prezidenti parkdakı Zəfər abidəsinin əklil qoydu.

Sonra ali qonağa xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…