Operativ Məlumat Mərkəzi

SOCAR, “Masdar” və “ACWA Power” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

1 dəq
Paylaş:
SOCAR, “Masdar” və “ACWA Power” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

COP29 çərçivəsində Dövlət Neft (), Birləşmiş Ərəb Əmirliklərinin “” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.

Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax