Əsas məzmuna keç

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən...

Slovakiya Azərbaycanda fəxri açmağı planlaşdırır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

"Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir", - qurumdan qeyd edilib.

Eyni zamanda, bildirilib ki, Slovakiyanın naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.

Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: "Ötən il və Slovakiya arasında ikitərəfli əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik".

Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: "Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və sahəsinə də aiddir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…