Operativ Məlumat Mərkəzi

Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

1 dəq
Paylaş:
Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz silahların aşkarlanması və könüllü verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Xidmətinin Şirvan qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax