Operativ Məlumat Mərkəzi

Şirvanda narkotik satan şəxs həbs edilib

1 dəq
Paylaş:
Şirvanda narkotik satan şəxs həbs edilib

Şəhər Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirilir.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax