Əsas məzmuna keç

Şirvanda narkotik satan şəxs həbs edilib

Şirvanda narkotik satan şəxs həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində...

Şəhər Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…